...

Apreldə Azərbaycan Rusiyadan 357 mln. m3-dən çox qaz alıb

Energetika Materials 2 May 2006 12:57 (UTC +04:00)

Yanvar-aprel aylarında Rusiyanın "Qazeksport" şirkəti ("Qazprom"ASC-nin törəmə strukturu) Azərbaycana 1 mlrd. 692,8 mln. kub metr qaz tədarük edib. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Dövlət Neft şirkətindən məlumat verilib. Sutkada orta hesabla 14 mln. kub metr qaz tədarük olunub. 2005-ci ilin yanvar-aprel ayları ərzində "Qazeksport" MMC Azərbaycana 1 mlrd. 772,4 mln. kub metr qaz tədarük edib.

2006-cı ilin aprelində tədarükün həcmi 357,2 mln. kub metr təşkil edib. 2005-ci ilin aprelində "Qazeksport" 494 mln. kub metr qaz tədarük edib.

Cari ildə ARDNŞ "Qazeksport"dan 1000 kub metri 110 dollardan 4,5 mlrd. kub metr qaz almağı planlaşdırır. Ölkəyə təbii qaz Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti