...

Astarada elektrik şəbəkəsinin qəbul gücü 110 MVt-dək artıb

Energetika Materials 2 May 2006 13:04 (UTC +04:00)

Astara modul elektrik stansiyası istismara verildikdən sonra bu rayonda elektrik şəbəkəsinin enerji qəbul etmə imkanı mümkün 80 MVT-dən 110 MVt-dək artıb. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilir.

Hazırda bu elektrik stansiyasında istehsal edilən elektrik enerjisi ilə Masallı, Lerik, Lənkəran və digər rayonlar təchiz olunur. Bu elektrik stansiyasında gələcəkdə Bakı, Şəki, Xaçmazdakı analoji stansiyalarda işə cəlb olunacaq işçi heyəti təlim keçir.

Xəbər lenti

Xəbər lenti