...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 3 May 2006 16:21 (UTC +04:00)

Mayın 2-də bir barel AZERI LT CIF neftinin qiyməti $72,69 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,98 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Mayın 2-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $66,72 təşkil edib ($0,98 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Mayın 2-də bir barel Brent (DTD) neftinin qiyməti $74,45 təşkil edib ($0,99 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Neft yüklərinin daşınması üzrə Avropa bazarında işləyən treyderlərin Trend ə verdiyi məlumata görə, mayın 2-si üçün WS şkalası üzrə gəmilərin fraxt dərəcələri belədir:

İstiqamət

Növ

Min ton

02.05.2006

Mart-2006

Fevral-2006

Novorossiysk - Auqusta

Neft/ tünd rəngli neft məhsulları

135

145

131,1

186,9

Novorossiysk -Auqusta

Neft/tünd rəngli neft məhsulları

80

170

164,9

165,8

Qara dəniz - Auqusta

Neft/tünd rəngli neft məhsulları

30

245

187

277

Novorossiysk -Auqusta

Açıq rəngli neft məhsulları

30

255

222

292,8

Xəbər lenti

Xəbər lenti