...

Şəkidə modul elektrik stansiyasının tikintisi vaxtından əvvəl başa çata bilər

Energetika Materials 4 May 2006 15:04 (UTC +04:00)

Şəkidə inşa edilən modul elektrik stansiyası nəzərdə tutulan vaxtdan (2006-cı il avqustun sonu) daha tez istismara verilə bilər. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidməti məlumat verir. Stansiyanın inşa tempi bu qənaətə gəlməyə əsas verir.

Hazırda 110 kilovoltluq yarımstansiyanın tikintisi tamamilə başa çatıb və burada sazlama işləri aparılır. İyunun əvvəlində stansiyaya generatorlar gətiriləcək. Hazırda tikinti işlərinə 260 nəfər cəlb olunub ki, bunun da 80%-ni yerli əhali təşkil edir.

Xəbər lenti

Xəbər lenti