...

Heydər Babayev: İctimai nəqliyyatda gediş haqqı bahalaşmayıb

Energetika Materials 4 May 2006 15:11 (UTC +04:00)

Azərbaycanda icitmai nəqliyyatda gediş haqqı bahalaşmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri, Tarif Şurasının sədri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda gediş haqqının qiymətini yalnız Tarif Şurası dəyişdirə bilər. "Qiymətlərin artırılması ilə bağlı bizə bir neçə dəfə müraciət olunub, ancaq bu müraciətlər qəbul edilməyib", - deyə H.Babayev vurğulayıb. Əhali bilməlidir ki, qiymətlər artırılmayıb və qoy Tarif Şurasının əvvəl təsdiq etdiyi gediş haqqını ödəsin".

H.Babayev əhalini gediş haqqının artırılması halları ilə bağlı məlumat verməyə çağırıb. Bu faktlar təsdiqləndiyi halda marşrutların sürücü və sahiblərinin lisenziyası alınacaq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti