...

ARDNŞ yanvar-aprel aylarında təxminən 1,3 mlrd. m3 qaz hasil edib

Energetika Materials 4 May 2006 15:14 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında ARDNŞ-nin neft-qaz çıxarma idarələri (NQÇİ) 1,26 mlrd. m3 qaz hasil edib ki, bu da ötən ilin analoji müddətilə müqayisədə 0,3% çoxdur. ARDNŞ-dən Trend ə verilən məlumata görə, ən çox qaz "Günəşli" yatağını işlədən "28 may" NQÇİ tərəfindən çıxarılıb. 2006-cı ilin yanvar-aprel aylarında bu yatağdan 801,9 mln. m3 qaz çıxarılıb ki, bu d ötən ilin analoji müddətilə müqayisədə 3,1% çoxdur.

Ən az hasilat isə "Muradxanlı" yatağının payına düşür. Yanvar-aprel aylarında burada 200 min m3 qaz hasil olunub ki, bu da ötən ilki göstəriciyə uyğundur.

Ən çox geriləmə isə "Balaxanıneft" NQÇİ-də müşahidə olunur, burada 3,15 mln. m3 qaz çıxarılıb ki, bu da ötən ilin analoji dövrinə nisbətən 59,9% azdır. ARDNŞ neft hasilatını eyni səviyyədə saxlamağa çalışsada, qaz hasilatını artırmaq niyyətindədir. Bunu atmosfera buraxılan aşağı təzyiqnli qazın toplanması və yeni qaz yatağlarının qazılması hesabına həyata keçirmək planlaşdırılır.

"Azneft" İstehsalat Birliyinin 2006-cı il yanvar-aprel aylarında qaz hasilatına dair cədvəl:

NQÇİ

2006-ci il yanvar-aprel

% 2005-ci il

yanvar-aprel.

28 May

801951

103,1

Neft Daşları

17160

100,0

N.Narimanov ad.

162570

99,1

Balaxanıneft

3153

40,1

Qum Adası

110041

97,4

Abşeronneft

12930

95,7

Bibi-Heybətneft

7260

100,8

Suraxanıneft

3929

75,4

A.Əmirov ad.

14108

139,8

Bulla-Dəniz

118868

90,1

H.Z.Tağiyev ad.

3190

100,0

Siyəzənneft

5546

92,1

Muradxanlı

200

100,0

Cəmi

1260906

100,3

Xəbər lenti

Xəbər lenti