...

Azərbaycan və Koreya Xəzərdəki yataqların işlənməsi sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum imzalayacaq

Energetika Materials 4 May 2006 15:29 (UTC +04:00)

Bakıda Azərbaycan və Koreya arasında Xəzər dənizindəki yataqların işlənməsi sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzlanacaq. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərə Koreya Respublikasının Azərbaycandakı müvəqqəti işlər üzrə müvəkkili Lyu Kvanq Çu bildirib.

Onun sözlərinə görə, sənəd Koreya prezidenti No Myuxenin mayın 10-12-də Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Dövlət Neft şirkəti və Koreyanın Təbii Sərvətlər Nazirliyi arasında imzalanacaq.

Diplomat qeyd edib ki, Koreya "İnam" yatağının işlənməsində iştirakda maraqlıdır. Koreya Xəzər regionunda əsas neft hasilatçılarından biri olan Azərbaycanla energetika və ehtiyatların mənimsənilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün səy göstərir. Bu planda Koreya Neft Korporasiyası və bu ölkənin digər şirkətləri Azərbaycan hökumətilə sıx əməkdaşlıq nəticəsində yeni neft yataqlarının işlənməsi layihələrində iştirak etmə imkanlarını öyrənir.

Diplomat onu da bildirib ki, bu danışıqlar Koreya prezidentinin ölkəmizə qarşıdakı rəsmi səfəri çərçivəsində də davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti