...

ABƏŞ 2006-cı ilin yanvar-aprel aylarında neft ixrını xeyli artırıb

Energetika Materials 5 May 2006 18:55 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında "Azəri"-"Çıraq"-"Günəşli" dəniz yatağları blokunu işlədən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müxtəlif istiqamətlərdə 5,506 mln. ton Azeri Light nefti ixrac edib ki, bu da ötən ilki göstəricidən 2,762 mln. ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata əsasən, yanvar-aprel aylarında Bakı-Supsa kəmərilə 2,333 mln. ton neft (ötən ilin analoji dövründə 2,283 mln. ton idi), Bakı-Novorossiysk - 1,334 mln. ton neft (460,93 min), Batumi limanı -1,839 mln. ton nefti ixrac olunub.

Apreldə ABƏŞ tərəfindən neft ixracı 1,469 mln. ton təşkil edib ki, bu da ötən ilin analoji müddətilə müqayisədə 576,261 min ton çoxdur. Apreldə Bakı-Supsa kəmərilə 604,358 min ton (567,9 min ton), Bakı-Novorossiysk - 340,810 min ton ( 325,277 min ton), Batumi limanı - 524,293 min ton neft ixrac olunub.

Xəbər lenti

Xəbər lenti