...

Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti Tunisə yola düşüb

Energetika Materials 6 May 2006 12:02 (UTC +04:00)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti Tunisdə səfərdədir. Bu barədə Trend ə Neft və Qaz Sənayesi İşçilərinin Respublika Həmkarlar ittifaqları Komitəsindən (NQSİRHİK) məlumat verilib. Nümayəndə heyətinin tərkibinə həmçinin komitənin rəhbəri Cahangir Əliyev də daxildir. Nümayəndə heyətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev rəhbərlik edir.

Səfər zamanı iki ölkənin həmkarlar itiifaqları arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq, həmkarlar ittifaqları hərəkatı, birgə tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində neft-qaz sahəsi həmkarlar ittifaqlarının nümayəndələri ilə ayrıca görüşlərin keçirilməsi planlaşdırılır.

Nümayəndə heyətinin səfəri mayın 11-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti