...

BTC boru kəmərinə 8 mln. bareldən artıq Azeri Light texniki nefti vurulub

Energetika Materials 6 May 2006 12:24 (UTC +04:00)

BTC Co boru kəməri şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərinin texniki neftlə doldurulmasını davam etdirir. BTC Co-nun operatoru olan BP-dən Trend ə verilən məlumata görə, 2005-ci ilin mayından 2006-cı ilin mayına kimi BTC boru kəmərinə 1 mln. 083 min ton (8,072 mln. barel) Azeri Light sortundan olan neft vurulub.

BTC neft kəmərinin tam doldurulması üçün 10 mln. barel neft lazımdır.

BP nümayəndəsinin sözlərinə görə, apreldə boru kəmərinə 210,212 min ton neft (1 mln. 572 min barel) vurulub.

2005-ci ilin sentyabrında Ceyhan limanına ilk neft daxil olub və neft anbarlarından birindən tankerə yüklənib. Bu Azeri Light növündən olan neft partiyası Gürcüstanın Qara dənizdəki Supsa limanından Ceyhana sentyabrın birinci ongünlüyündə terminalın sınaqdan keçirilməsi və Bakı-Tbilisi-Ceyhan kəmərinin doldurulması üçün vurulub.

600 min barel həcmindəki neft partiyası BTC Co tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında hasilat işləri aparan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin tərəfdaşlarından alınıb. Bu partiyanın qiyməti Azeri Light sortu üçün orta aylıq Platts məzənnəsi ilə hesablanıb.

Xəbər lenti

Xəbər lenti