...

Azərbaycan hökumətinin nümayəndə heyəti Avrasiya İqtisadi Sammitində iştirak etməyə hazırlaşır

Energetika Materials 6 May 2006 15:08 (UTC +04:00)

Azərbaycanın energetika və sənaye naziri Natiq Əliyevin başçılıq etdiyi hökumət nümayəndə heyəti mayın 7-də Mərmərə qrupu Fondu və İstanbul Ticarət Palatasının təşkil etdiyi 9-cu Avrasiya İqtisadi Sammitində iştirak etmək üçün İstanbula yola düşəcək. Sammit mayın 8-dən 10-na kimi davam edəcək.

Sammitdə Azərbaycan, Avstriya, Rumıniya, Rusiya, Gürcüstan, Bolqarıstan, Sloveniya, Makedoniya, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edəcək. Türkiyə hökuməti tərəfdən tədbirdə Türkiyə Böyük Millət Məclisinin rəhbərləri və üzvləri, şirkət rəhbərləri iştirak edəcək.

Avrasiya İqtisadi Sammiti Türkiyədə 1998-ci ildən bəri hər il keçirilir. Bu il Azərbaycanın nümayəndə heyətinin tərkibinə prezident aparatının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov, parlamentin vitse-spikeri Valeh Ələsgərov, Xaricdə yaşayan azərbay canlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, İqtisadi İnkişaf və Energetika Nazirlikləri aparatının rəhbərləri Samir Vəliyev və Rasim Məmmədov da daxil edilib.

Sammit iştirakçılarına Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubu təqdim ediləcək. Energetika və Sənaye naziri "Xəzər regionunda Azərbaycanın energetika siyasəti" məruzəsi ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti