...

Danial Axmetov: Yaxın vaxtlarda Qazaxıstan BTC-yə qoşula bilər

Energetika Materials 6 May 2006 15:21 (UTC +04:00)

"İyun ayının ortaları üçün Qazaxısanın Bakı-Tiflis-Ceyhana qoşulmasına dair Azərbaycanla saziş imzalana bilər. Trend in xəbər verdiyi kimi, bu barədə bu gün Bakıda keçirilmiş brifinqdə Qazaxıstanın baş naziri Danial Axmetov bildirib.

Onun sözlərinə görə, BTC Qazaxıstan neftinin alternativ ixrac marşrutu kimi nəzərdən keçirilir. Bununla əlaqədar hazırda Qazaxıstan hökuməti ölkənin boru kəmərinə qoşulmasını nəzərdə tutan sənədlər hazırlayır.

"Əgər bu iş mayın sonunda başa çatarsa, o zaman gələn ayın əvvəli üçün hər iki dövlətin rəhbərləri yeni saziş imzalayacaq. Bu halda Qazaxıstan 2008-ci il üçün karbohidrogenin BTC ilə ixrac həcmini 7-8 mln tona çatdırmağı planlaşdırır", - deyə baş nazir qeyd edib. Bu barədə Kazinform xəbər verir.

Xəbər lenti

Xəbər lenti