...

Batumi terminalı neft yüklərinin daşınmasını artırıb

Energetika Materials 10 May 2006 17:35 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi neft terminalı Xəzər dənizindəki yataqlardan xam neft və neft məhsullarının daşınmasını 2,393 mln. tondan 4,192 mln. tonadək artırıb. Bu barədə Trend ə neft daşımaları bazarındakı mənbələr məlumat verib.

2005-ci ildə terminal xam neft və neft məhsullarının daşınmasını 2004-cü ildə 6,732 mln. tona qarşı 9,699 mln. ton artırıb.

2006-cı ilin aprelində 1,059 mln. ton neft və neft məhsulu daşınıb. Bu göstərici cari ilin martında 1,205 mln. ton təşkil edib.

Batumi neft terminalının sahibi 2004-cü ilin iyulunda yaradılmış və Greenoak Holdings-in bir hissəsi olan Petrotransdır.

Batumi limanına dəmir yolu ilə Azərbaycan, Qazaxıstan və Türkmənistandan neft və neft məhsulları daxil olur.

Xəbər lenti

Xəbər lenti