...

Artur Lenk: İsrail Azərbaycan neftini 3-cü ölkələrə ixrac etməyə hazırdır

Energetika Materials 10 May 2006 19:21 (UTC +04:00)

Beynəlxalq şirkətlər istəsə, İsrail Azərbaycan neftini Bakı-Tbilisi-Ceyhan neft boru kəməri vasitəsilə 3-cü ölkələrə ixrac etməyə hazırdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İsrailin Azərbaycandakı səfiri Artur Lenk mayın 10-da Xarici Dillər Universiteti tələbələrilə görüşdə bəyan edib.

Səfir xatırladıb ki, bir neçə həftədən sonra Azərbaycan neftilə doldurulmuş ilk tanker İsrailin 400 km-də yerləşən Türkiyənin Ceyhan limanından yola salınacaq. "İsrail neft şirkətlərinin nümayəndələri yaxın keçmişdə Azərbaycana səfər edərək, bu məsələni dövlət rəsmiləri ilə müzakirə edib" - deyə o vurğulayıb.

"Öz tərəfimdən əlavə edə bilərəm ki, Aşkelon limanı BTC neftinin nəqlinə hər zaman hazırdır" - deyə İsrail səfiri qeyd edib.

Xəbər lenti

Xəbər lenti