...

Rövnəq Abdullayev: LUKoil ARDNŞ-ın D-222-də ikinci kəşfiyyat quyusunun qazılması barədə niyyətini təsdiqləyib

Energetika Materials 11 May 2006 15:24 (UTC +04:00)

LUKoil Overseas Holding Ltd. Şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft Şirkəti rəhbərliyinin perspektiv D-222 blokunda ("Yalama") ikinci kəşfiyyat quyusunun qazılması barədə niyyətini təsdiqləyib. Trend in verdiyi məlumata görə, bu barədə mayın 11-də jurnalistlərə ARDNŞ-in rəhbəri Rövnəq Abdullayev məlumat verib.

Onun sözlərinə görə, LUKoil Overseas quyunun qazılmasına 2007-ci ilin əvvəllərində başlamağı ehtimal edir.

Azərbaycanın neft sənaeysinin ekspertlərinin Trend ə verdikləri məlumata görə, "Yalama"da quyunun qazılması üçün Danimarkanın Maersk şirkətinə məxsus yalnız Heydər Əliyev adına (keçmiş Lider) qazma qurğusunundan istifadə etməyi daha səmərəli hesab edirlər.

Hazırda LUKoil Overseas-in mütəxəssisləri bu blokda birinci kəşfiyyat quyusunun qazılması zamanı əldə olunan məlumatların təkrar analizi ilə məşğuldurlar.

LUKoil "Yalama"da birinci kəşfiyyat quyusunda aparılan qazıntı işləri zamanı karbohidrogenlərin iqtisadi cəlbedici ehtiyatlarını aşkar edə bilməyib. Quyu H.Əliyev adına qurğu vasitəsilə 4500 metr dərinlikdə qazılıb. Qazma işləri zamanı çöküntülərin sıfır sisteminin tətbiqi zamanı qazın əlamətləri aşkara çıxarılıb.

ARDNŞ və LUKoil arasında D-222 perspektivli Azərbaycan blokunda kəşfiyyat, hasilat və pay bölgüsü barədə razılaşma 1997-ci il iyulun 3-də imzalanıb.

Xəbər lenti

Xəbər lenti