...

Rövnəq Abdullayev: ARDNŞ "Qarabağ" yatağında işlərə 2007-ci ildə başlamaq niyyətindədir

Energetika Materials 11 May 2006 17:12 (UTC +04:00)

2007-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti öz vəsaiti hesabına "Qarabağ" yatağının işlənməsinə başlamaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Yataqda platformanın qurulacağı gözlənilir.

İlkin qiymətləndirmələrə görə, platformanın qurulması ARDNŞ-ə $80 mln-a başa gələcək. Təxminən $100 mln isə qazma işləri üçün lazımdır. İlkin hesablamalara görə, burada ən azı 10 mln. ton neft və 6 mlrd.m3 qaz ehtiyatı var.

Platforma "Heydər Əliyev adına" Bakı dərin özüllər zavodunda olan köhnə dayaq bloklarından istifadə etməklə 180 m dərinlikdə quraşdırıla bilər. Platformanın qurulması istiqamətində işlər ARDNŞ-də çalışan zavod işçi heyətinin işlə təmin olunmasına şərait yaradacaq (hazırda zavod ərazisində daha iki şirkətin - Bos Shelf və McDermottun tikinti sahələri var).

Xəbər lenti

Xəbər lenti