...

Koreya prezidenti Səngəçal terminalına tanışlıq səfəri edib

Energetika Materials 11 May 2006 17:17 (UTC +04:00)

Koreya prezidenti Ro Mu-Xyun bu gün Səngəçal terminalına tanışlıq səfəri edib. Bu barədə Trend məlumat verib. Səfər bir saat davam edib. Bu müddətdə Koreya prezidentinə burada aparılan əməliyyatlar və gələcəkdə onun genişləndirilməsi barədə məlumat verilib. Sonra Ro Mu-Xyun terminalın infrastrukturu ilə tanış olub.

Səngəçal terminalına sutka ərzində Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağından hasil etdiyi neft daxil olur. Terminalda həmçinin, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin birinci (ən iri) nasos stansiyası və flansı yerləşir.

ABƏŞ-in və terminalın operatoru BP şirkətidir.

Xəbər lenti

Xəbər lenti