...

Azərbaycan Dövlət Neft Şirkəti 2006-cı ildə 900 mln. AZN vergi ödəyəcək

Energetika Materials 12 May 2006 12:55 (UTC +04:00)

2006-cı ildə Azərbaycanın Vergilər Nazirliyi Azərbaycan Dövlət Neft Şirkətindən subsidiyalar nəzərə alınmaqla əlavə vergi qismində 900 mln. AZN almaq niyyətindədir. Trend in verdiyi məlumata görə, bu barədə Vergilər Nazirliyinin iri vergiödəyiciləri İdarəsinin rəisi Sair Məmmədxanov məlumat verib.

Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində ARDNŞ artıq əlavə vergi qismində 232 mln. AZN ödəyib. S.Məmmədxanovun sözlərinə görə, bu zaman ödəniş əlavə vergilərin səviyyəsi ilə tam uyğun gəlir.

2006-cı ilin yanvar-aprel aylarında ARDNŞ NQÇİ dənizdə və quruda 2,61 mln. ton neft hasil edib ki, bu da 2005-ci ilin yanvar-aprelində olduğundan 2,7 min ton (və ya 0,1%) azdır.

Xəbər lenti

Xəbər lenti