...

ARDNŞ Gürcüstan tərəfindən Azərbaycan benzininin alınma həcminin artırılmasını gözləyir

Energetika Materials 12 May 2006 13:10 (UTC +04:00)

Mayın əvvəlindən Azərbaycan Dövlət Neft Şirkəti "Saknaftobtransi" DŞ ilə imzalanmış müqaviləyə əsasən, Gürcüstana 4 min ton 92 oktan rəqəmli avtomobil yanacağı göndərib. ARDNŞ-dən Trend ə verilən məlumata görə, hazırda Gürcüstan katalitik krekinq qurğusunun təmiri nəticəsində bazarda Azərbaycan yanacağının olmaması ilə əlaqədar digər ölkələrdən aldığı yanacağı mənimsəməkdə davam edir.

"Gürcüstan Azərbaycan yanacağına maraq göstərir. Yaxın vaxtlarda ixrac həftədə 5 min tona çatdırılacaq", - deyə ARDNŞ-dən bildirilib.

Yanvar-aprel aylarında ARDNŞ Gürcüstan və İrana 60,5 min ton avtomobil yanacağı göndərib. Apreldə 33,7 min ton yanacaq yüklənib ki, bu da mart ayı ilə müqayisədə 19,7 min ton çoxdur.

Dekabrda ARDNŞ Sinqapurun Petrofarm şirkəti ilə 2006-cı ildə 50 min ton avtomobil yanacağının tədarükü haqqında müqavilə imzalayıb. Neft məhsulu Petrofarma FOB bazisi ilə Azərneftyağ NEZ-in balansında yerləşən N20 körpüsündən yüklənir. Petrofarm yanacağı XDGİ-yə məxsus tankerlərlə İranın Neka limanına çatdırır.

Xəbər lenti

Xəbər lenti