...

"Azərenerji" və KEPCO niyyət protokolu imzalayıb

Energetika Materials 13 May 2006 11:08 (UTC +04:00)

"Azərenerji" SC və Koreyanın energetika idarəsi təcrübə, informasiya və texnoloji yeniliklər mübadiləsini nəzərdə tutan niyyət protokolu imzalayıb. Trend in xəbər verdiyi kimi, bu barədə SC-nin mətbuat xidmətindən məlumat verilib. Sənədi "Azərenerji" və KEPCO (Korea Electric Power Corporation) prezidentləri Etibar Pirverdiyev və Yun XoXan imzalayıb.

Koreyanın Doosan şirkətinin nümayəndələri bu şirkətin Azərbaycanda gerçəkləşdirilən layihələrdə işitirakı imkanlarını nəzərdən keçirməyi və buna şərait yaratmağı təklif edib. Şirkət elektrotexnika avadanlıqlarının istehsalı üzrə ixtisaslaşdırılır.

Görüşdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Koreyanın ticarət, sənaye və energetika naziri Se Kyun Çunq iştirak edib.

Xəbər lenti

Xəbər lenti