...

Azərbaycan və Tunis həmkarlar ittifaqları nümayəndələri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Energetika Materials 13 May 2006 13:49 (UTC +04:00)

Azərbaycan və Tunis həmkarlar ittifaqları nümayəndələri əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Müzakirələr Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyətinin Tunisə səfəri zamanı aparılıb.

Neft-qaz sənayesi işçiləri respublika həmkarlar ittifaqları Komitəsinin rəhbəri, nümayəndə heyətinin tərkibinə daxil olan Cahangir Əliyevin Trend ə verdiyi məlumata görə, səfər zamanı Tunis Həmkarlar İttifaqları Konfederasiyası rəhbərliyi ilə geniş tərkibdə görüş keçirilib. Tərəflərə hər iki ölkənin həmkarlar ittifaqlarının iş prinsipləri, şəraiti, bu təşkilatların yaranma tarixi barədə məlumat verilib.

C.Əliyev onu da bildirib ki, səfər zamanı Aralıq dənizi ölkələrinin neft kimya sahəsinin həmkarlar ittifaqları komitəsinin rəhbərliyi ilə görüşüb.

"Biz informasiya mübadiləsi aparmışıq. Komitənin nümayəndə heyəti isə Azərbaycana dəvət olunub. Bu səfər 2006-cı ilin sentyabr-oktyabr aylarına planlaşdırılıb", -deyə C.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti