...

"Azəriqaz" yüksək təzyiqli yeni qaz kəmərinin tikintisinə hazırlaşır

Energetika Materials 16 May 2006 17:08 (UTC +04:00)

Gələn il "Azəriqaz" "Şahdəniz" yatağından hasil edilən qazın milli qaz nəql sisteminə verilməsi üçün 68 km uzunluqda Səngəçal-Qaradağ-Hacıqabul qaz kəmərinin inşasına başlamaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə QSC-nin sədri Əlixan Məlikov məlumat verib.

Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanıb. "Yüksək təzyiqli qaz kəmərinin inşası $45 mln dəyərində qiymətləndirilir. Kəmər mütləq çəkiləcək, ancaq bu il buna ehtiyac yoxdur", - deyə Ə.Məlikov qeyd edib.

Hazırda "Azəriqaz" "Şahdəniz" yatağından qazın qəbulu ilə bağlı texniki məsələləri həll edir. Lazım gələrsə, Azərbaycan Türkiyədən də qaz qəbul etməyə hazırdır.

Xəbər lenti

Xəbər lenti