...

Azerenerji enerji bloklarının qış mövsümünə hazırlığı çərçivəsində təmir aparır

Energetika Materials 16 May 2006 19:08 (UTC +04:00)

Azərenerji SC 2006-07-ci illər qış mövsümünə hazırlıq çərçivəsində enerji bloklarını hazırlanması üçün təmir işləri aparır. Trend SC-in məlumatına istinadən verdiyi xəbərə görə, işlər həm bilavasitə elektrik enerjisi istehsal edən obyektlərə, həm də enerjinin verilməsinə və paylanmasına cavabdeh olan təşkilatlara aiddir.

"Puta" yarımstansiyasında aşağıvoltlu seqmentin birləşmələri və avadanlıqları təmir olunur. Yarımstansiyanın direktoru Bəhram Pənahovun sözlərinə görə, artıq yarımstansiyanın yüksəkvoltlu hissəsində analoji əməliyyatlar başa çatıb. Burada generasiya müəssisələrinə böyük diqqət ayrılır. Təmir işləri planı "Şimal" elektrik stansiyasında hazırlanıb. Bu, Bakı və Abşeron yarımadasını işıqla təchiz edən qovşaq mərkəzlərindən biridir.

B.Panəhovun sözlərinə görə, perspektivdə buxar-qaz blokuna təftiş də nəzərdə tutulub. Təftiş BQQ-nun tikintisində iştirak edən ABB, Mitsui, Mitsubisi -dən olan xarici şirkətlərin mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Analoji işləri ölkənin cənub-qərb rayonlarına elektrik enerjisinin paylanılmasına cavabdeh olan "İmişli Regional Enerji Təchizat" MMC də həyata keçirir.

Xəbər lenti

Xəbər lenti