...

Yanvar-apreldə abunəçilər üçün 78 min qaz sayğacı quraşdırılıb

Energetika Materials 16 May 2006 20:14 (UTC +04:00)

Yanvar-aprel aylarında "Azəriqaz" QSC abunəçilər üçün 78 min sayğac quraşdırıb. 2006-cı ildə cəmi 500 min sayğac quraşdırılacağı ehtimal edilir. Trend in verdiyi məlumata görə, bu barədə QSC-in rəhbəri Əlixan Məlikov bildirib.

2005-ci ildə 248 min sayğac quraşdırılıb. Daha 220 min sayğac quraşdırmaq nəzərdə tutulub.

QSC rəhbərinin sözlərinə görə, sayğacların quraşdırılmasına maneçilik törədən abunəçilərin qazının kəsilməsi qərara alınıb. Bundan əlavə, yeni massivlərin qazla təminatında problemlər mövcuddur. Onların tikintisinin kortəbii, hər hansı bir planlaşdırma olmadan aparılması "Azəriqaz"ın işini çətinləşdirir.

Xəbər lenti

Xəbər lenti