...

İran Azərbaycandan qaz tranziti layihəsində maraqlı deyil

Energetika Materials 16 May 2006 20:41 (UTC +04:00)

İran tərəfini Azərbaycandan Gürcüstana, daha sonra Ukraynaya və oradan da digər Avropa ölkələrinə qaz tranziti barədə təklif maraqlandırmır. Trend in verdiyi məlumata görə, bu barədə "Azəriqaz" QSC-nin Əlixan Məlikov məlumat verib.

Hazırda İran qazının Azərbaycan ərazisindən tranziti məsələsinə baxılmır. Lakin Azərbaycan tərəfi bu layihəyə baxmağa hazırdır.

İran öz yanacağını 45 atmosfer təzyiqi altında verdiyi üçün yüksək təzyiqli qaz kəmərinin tikintisi ehtimal olunur. Bu gün mövcud olan qaz kəməri 25 atmosferə yaxın yanacaq qəbul etmək gücündədir. Yeni qaz kəmərinin TİƏ artıq hazırdır. Lakin layihənin dəyəri hələ müəyyən edilməyib. Onun uzunluğunun 211 km olacağı ehtimal edilir. Boru kəmərinin diametri 1000 - 1200 mm bərabərdir.

Xəbər lenti

Xəbər lenti