...

"Azneft" İstehsalat Birliyi boru kəmərində zədəni aradan qaldırıb

Energetika Materials 18 May 2006 19:17 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" birliyi "Neft daşları" yatağında "Günəşli-3" magistral qaz kəmərində qazın nəqlinə mane olmadan zədəni aradan qaldırıb. Bu barədə Trend ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

''Azneft'' İB-nin rəhbərliyi tərəfindən ''Günəşli'' yatağındakı 3 nömrəli platformadan ''Neft daşları''nadək uzanan 20 düymlük magistral qaz kəmərində yaranmış zədələnmənin aradan qaldırılması işlərini qazın nəqlinə təsirsiz aparmaq barədə verilmiş göstəriş yerinə yetirilib. Bu kəmərlə Azərbaycanın sənayesi və Bakı əhalisinə gün ərzində milyonlarla kubmetr qaz verilir. Kəmərdəki zədəni Xəzər Dəniz Dalğıc Qəza Xilasetmə İşləri İdarəsinin dalğıcları ''Avior'' və ''Geofizik'' dalğıc gəmiləri vasitəsilə aradan qaldırıblar. Bütün işləri bir sutkadan bir qədər çox vaxt ərzində xüsusi videokameralarla təchiz olunmuş 12 dalğıc həyata keçirib. ''Azneft'' İB-nin rəhbərliyi işlərə ''Geofizik'' gəmisində quraşdırılmış monitor vasitəsilə nəzarət edib.

Xəbər lenti

Xəbər lenti