...

Türkiyənin baş naziri Qazaxıstan prezidentini BTC boru kəmərinin açılışında iştirak etməyə dəvət edib

Energetika Materials 19 May 2006 11:38 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Antalyada Türkiyənin baş naziri Rəcəb Tayip Ərdoğanla görüşüb. Qazaxıstan prezidentinin mətbuat xidmətindən Trend in xüsusi müxbirinə verilən məlumata görə, türkiyəli baş nazir Nursultan Nazarbayevi iyulun 13-də Ceyhanda BTC boru kəmərinin Türkiyə hissəsinin təntənəli işə salınma mərasimində iştirak etməyə dəvət edib. Kazaxstan lideri BTC-nin bu layihədə iştirak edən ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafı və region xalqlarının iqtisadi rifahının yaxşılaşmasında əhəmiyyətini qeyd edib.

Görüş zamanı ikitərəfli siyasi, ticarət, investisiya əməkdaşlığı ilə bağlı məsələlərlə yanaşı, regional xarakterli məsələlər də müzakirə olunub. Tərəflər aktual regional və beynəlxalq siyasi məsələlərlə bağlı mövqelərin ümumiliyini və qarşılıqlı fəaliyyətin davam etdiriliməsinin vacibliyini qeyd edib.

İkitərəfli əməkdaşlıq çərçivəsində iki ölkə arasında hazırda həcmi $600 mln təşkil edən ticarət dövriyyəsinin artırılması yollarına böyük diqqət ayrılıb. Xüsusilə Almatı-İstanbul və Aktau-Bakı-Tiflis-Qars-İstanbul dəmir yol magistralları ilə yük daşımasının artırılması və bu magistralların təkmilləşdirilməsi məsələsi də müzakirə olunub. Həmçinin, energetika sahəsində investisiya əməkdaşlığı məsələləri də nəzərdən keçirilib. R.T.Ərdoğan vurğulayıb ki, Qazaxıstan tərəfinin təklifləri ilə bağlı müvafiq tapşırıqlar veriləcək.

N.Nazarbayev qeyd edib ki, Qazaxıstan Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirəsinin çağırılması, Astanada dünyəvi və ənənəvi din liderlərinin ikinci qurultayının keçirilməsi kimi mühüm xarici siyasi təşəbbüslərdə Türkiyənin dəstəyini yüksək qiymətləndirir və bu ölkə rəhbərliyini qarşıdakı sammitlərdə iştirak etməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti