...

BTC boru kəmərinə 9 mln bareldən çox neft vurulub

Energetika Materials 19 May 2006 13:36 (UTC +04:00)

Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə neft Türkiyədə təmizləyici qurğular stansiyasını keçib və Ceyhan limanına doğru hərəkəti davam etdirib. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib. Ceyhan limanınadək 125 km uzunluğunda məsafə qalıb.

Şirkətdən qeyd olunub ki, hazırda boru kəmərinə lazım olan 10 mln bareldən 9 mln barel texniki neft vurulub. Orta hesabla sutkada 150 min barel netf vurulur.

Birinci tankerin 2006-cı il may ayının sonlarında yüklənməsi gözlənilir. Boru kəmərinin rəsmi açılış mərasimi isə iyulun 13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti