...

Koreya Milli Neft Şirkəti "İnam" layihəsilə bağlı sənədləri nəzərdən keçirir

Energetika Materials 20 May 2006 12:33 (UTC +04:00)

Koreya Milli Neft Şirkəti "İnam" perspektivli strukturunun işlənməsi layihəsində Azərbaycan Dövlət Neft Şirkətinin payını almaq məqsədilə sənədləri nəzərdən keçirir. ARDNŞ-dən Trend ə verilən məlumata görə, tərəflər arasında imzalanmış qarşılıqlı anlayış memorandumu Koreyaya müəyyən vaxt ərzində qarşıdakı addımları öyrənib fikir söyləməyə imkan verir.

"ARDNŞ, öz növbəsində, Koreya tərəfinin təkliflərini dinləyəcək və müvafiq qərar qəbul edəcək" - deyə ARDNŞ-dən bildirilib.

Koreya Milli Neft Şirkəti "İnam" layihəsində ARDNŞ-dən 20%-lik iştirak payı almaq istəyir. Layihənin operatoru BP-dir (25%). ARDNŞ layihədə 50%, RD Shell - 25% paya malikdir.

Bir sıra geoloqların fikrincə, "İnam"da geoloji neft ehtiyatları 2,2 mlrd. Barel təşkil edir.

Xəbər lenti

Xəbər lenti