...

"Şahdəniz"də quyunun dərinliyi 5500 metri ötüb

Energetika Materials 20 May 2006 13:27 (UTC +04:00)

Hazırda "Şahdəniz" yatağının qaz-kondensat yatağının cənub-qərb hissəsində 4-cü qiymətləndirmə quyusu çərçivəsində qazma işləri 5500 metri keçib. Bu barədə Trend ə "Şahdəniz" layihəsinin operatoru olan BP Azerbaijan şirkətindən məlumat verilib.

SDX-04 quyusunun layihə dərinliyi 7000 metrdən artıqdır. Bundan əvvəlki 3 kəşfiyyat və qiymətləndirmə (SDX-01, SDX-02 və SDX-03) quyuları yatağın şimal qanadında "Mərhələ-1" çərəçivəsində ehtiyatların qiymətləndirilməsi və konturlarının müəyyən edilməsi məqsədilə layihələşdirilib.

SDX-04 quyusu yatağın cənub qanadında ehtiyatların sərhədini qiymətləndirməyə və müəyyən etməyə imkan verir. Bundan əlavə, dərin qatlarda yerləşən daha dərin laylarda potensial qaz ehtiyatlarının aşkar olunması məqsədilə sınaqlar keçiriləcək. Yataqda qazma işləri "İstiqlal" qazma qurğusu vasitəsilə həyata keçirilir.

Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin verdiyi məlumata görə, ilkin qiymətlərndirmələr yataqda cəlbedici qaz ehtiyatlarının qiymətləndirilməsinin artması imkanları demək olar ki, iki dəfə çox olduğunu nəzərdə tutur. Bununla əlaqədar, hazırki quyunun qazıldığı nöqtə "Araz" - "Alov"- "Şərq" strukturunun yaxınlığında yerləşir. Bu perspektiv strukturda da böyük qaz ehtiyatlarının mövcudluğunu gözləmək olar.

SDX-04 quyusunun qazılmasına yanvarın sonlarında başlanılıb. O, təxminən 6 aya qədər davam edəcək. Bundan sonra, yatağın cənub hissəsində sənaye qaz ehtiyatlarının mövcudluğunun təsdiqi məqsədilə onun sınaqdan keçirilməsi üçün daha bir neçə ay lazım gələcək.

Şahdənizdə hasilatın pay bölgüsü üzrə Razılaşmanın iştirakçıları bunlardır: BP (operator - 25,5%), Statoil (25,5%), ARDNŞ (10%), LUKOil (10%), NICO (10%), Total (10%), və TPAO (9%). Şahdəniz yatağı 50 metrdən 600 metr dərinliyə qədər olan sularda, Bakıdan təqribən 70 km cənub-şərqdə yerləşir. Yataq üzrə razılaşma 1996-cı il oktyabrın 17-də ratifikasiya edilib.

Xəbər lenti

Xəbər lenti