...

Danial Axmetov: Qazaxıstanın BTC-yə birləşdirilməsi üzrə müqavilənin yenidən işlənməyə ehtiyacı var

Energetika Materials 22 May 2006 12:30 (UTC +04:00)

Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə birləşməsi üzrə layihənin azərbaycanlı ekspertlərin iştirakı ilə yenidən işlənməyə ehtiyacı var. "Mətnin hazır variantının gələn həftənin sonuna kimi razılaşdırılması zəruridir ". Trend in Qazaxıstandakı xüsusi müxbirinin sözlərinə görə, bu barədə hökümətin yaydığı press -relizə istinadən Qazaxıstanın baş naziri Danial Axmetov bildirib.

Qazaxıstan hökuməti müqavilənin layihəsini müzakirə etməkdə davam edir. Mayın 20-də işçi qrupun üzvləri müqavilənin mətninin yeni variantını bundan əvvəlki ilə müqayisəli analiz formasında təqdim ediblər. Yeni sənəd iki dövlətin hökumətlərinin yardım göstərilməsi şərtləri üzrə münasibətini nəzərdə tutur. Bundan əlavə, sənədə əlavə və diyişikliklər də edilib.

Mətnlə tanış olan baş nazir müvafiq nazirliklərə redaksiya düzəlişlərinin edilməsini tapşırıb və sənədin azərbaycanlı ekspertlərin iştirakı ilə əlavə düzəlişlərə ehtiyacı olduğunu bildirib.

Baş nazir müvafiq nazirliklərə BTC müqaviləsinin layihəsi üzrə öz rəylərini bildirməyi tapşırıb.

Xəbər lenti

Xəbər lenti