...

Shirvanoil MM "Kürovdağ"da quyunun qazılmasını başa vurub

Energetika Materials 22 May 2006 17:00 (UTC +04:00)

Azərbaycanın "Kürovdağ" yatağının işlənməsi, reabilitasiyası və kəşfiyyat işləri ilə məşğul olan Shirvanoil MM yeni istismar quyusunun qazılmasını başa vurub. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Quyunun dərinliyi 3500 metrdir. Quyu neft istismar quyusu kimi nəzərdə tutulur. Yaxın vaxtlarda quyunun mənimsənilməsinə başlanacaq.

"Kürovdağ"ın cənub hissəsində qazma işləri Britaniyanın Monument Oil servis şirkəti tərəfindən yerinə yetirilib.

2005-ci ildə Shirvanoil MM "Kürovdağ"ın işlənməsinə $40 mln-dan artıq sərmayə qoyub. 2004-cü ilin noyabrında ARDNŞ Caspian Energy Group (keçmiş Whitehall) ilə "Kürovdağ" haqqında PSA tipli müqavilə imzalayıb. Tərəflər hər biri 50% iştirak payına malik idi. 1997-ci ildən "Kürovdağ"ın reabilitasiyası ilə Shirvan Oil MM məşğul olub. Burada Caspian Energy Group 51% iştirak payına malik idi.

"Kürovdağ" 1929-cu ildən açılıb, 1955-ci ildən isə işlənməyə başlayıb. Bu günədək 36 mln ton neft hasil edilib ki, Shirvan Oil MM-in payına (1997-ci ildən) 1,6 mln tondan çox neft düşüb.

Xəbər lenti

Xəbər lenti