...

Azərbaycan qazma əməliyyatları üçün boru alışını artırıb

Energetika Materials 22 May 2006 18:37 (UTC +04:00)

2006-cı ilin yanvar-mart aylarında Azərbaycan quru və dənizdəki yataqlarda əməliyyatların aparılması üçün 39291,6 ton müxtəlif boru alıb ki, bu da ötən ilki göstəricilə müqayisədə 24,8% azdır. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata əsasən, həmin müddət ərzində $39206,9 min məbləğində boru alınıb ki, bu da ötən ilin analoji dövri ilə müqayisədə 21,5% azdır.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ARDNŞ, PSA tipli müqavilələr üzrə xarici şirkətlər və ARDNŞ-nin müştərək müəssisələri məşğuldur.

2006-cı ilin yanvar-mart aylarında neft-qaz kəmərləri üçün boru idxalının payına 6449,3 ton düşüb ki, bu da ötən ilki göstəriciyə nisbətən 82,3% azdır.

2006-cı ilin yanvar-mart aylarında $5948,6 min həcmində neft-qaz boruları alınıb ki, bu da 2005-ci ilin analoji müddətinə nisbətən 82,9% azdır. Qazma borularına gəldikdə, bu rəqəm 10262,3 ton təşkil edir, yəni ötən ilin analoji müddətilə müqayisədə 25,3% çoxdur. Bu malın idxalının ümumi dəyəri $10238,3 mindir ki, bu da ötən ilin analoji dövrinə nisbətən 5,9% artıqdır.

Xəbər lenti

Xəbər lenti