...

Qazaxıstanın BTC neft kəmərinə qoşulmasına dair hökumətlərarası razılaşmaya əlavə bənd daxil ediləcək

Energetika Materials 23 May 2006 13:49 (UTC +04:00)

Qazaxıstan hökuməti yaxın vaxtlarda Azərbaycan tərəfi ilə hökumətlərarası müqavilənin mətnini qəti surətdə razılaşdırmaq niyyətindədir. Trend in Qazaxıstandakı xüsusi nümayəndəsinin verdiyi xəbərə görə, hökumətin mətbuat xidmətindən bildirilib ki, Qazaxıstanda Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri sisteminə birləşməklə bağlı növbəti iclas keçirilib.

Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, görüşdə iştirak edən azərbaycanlı ekspertlər Qazaxıstan tərəfinin hazırladığı müqavilənin mətni ilə prinsipial olaraq razı olduqlarını bildiriblər.

Qazaxıstanın baş naziri Danial Axmetovun tapşırığı ilə hökumətlərarası müqaviləyə vergi rejiminin sabitliyi barədə bənd əlavə ediləcək.

Qazaxıstanın BTC boru kəmərinə birləşməsi barədə müqavilənin iyun ayında AQETY-nın (SVDMA) sammitində dövlət başçıları tərəfindən yüksək səviyyədə imzalanacağı ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti