...

ARDNŞ-nin quyu fondu mayda azalıb

Energetika Materials 23 May 2006 17:15 (UTC +04:00)

ARDNŞ neftq-qaz hasilatı idarələrinin istismar fondu mayın 1-nə 6 632 təşkil edir. Trend agentliyinin məlumatına əsasən, yanvarın 1-nə quyuların sayı 6 770 ədəddir. Beləliklə, 4 ay ərzində istismar fondundan 138 quyu çıxarılıb.

Ən çox quyu "Suraxanıneft" (119) və "Neft Daşları" (24) idarələrinin istismarından çıxarılıb. Daha 7 quyu "Abşeronneft" NQHİ-nin fondundan çıxarılıb.

Bir ay ərzində "Ə.Əmirov adına", "28 may", "Qum Adası", "Balaxanıneft" və "Siyəzənneft" NQHİ-lərin fonduna quyu əlavə edilib. Ən çox quyu "Balaxanıneft"in (1391), ən az isə "Bulla-Deniz"in istismar fondudadır (38).

ARDNŞ istismar fondunun cədvəli:

NQHİ

01.01.2006 tarixinə

01.05.2006 tarixinə

Fərq

28 may

234

235

1

Neft Daşları

467

443

-24

N.Narimanov adına

166

166

0

Balaxanıneft

1388

1391

3

Qum Adası

91

92

1

Abşeronneft

610

603

-7

Bibi-Heybətneft

822

823

1

Suraxanıneft

617

498

-119

Ə.Əmirov adına

789

792

3

Bulla-Dəniz

38

38

0

H.Z.Tağıyiev adına

348

350

2

Siazanneft

1111

1112

1

Muradxanlı

89

89

0

Cəmi:

6770

6632

-138

Xəbər lenti

Xəbər lenti