...

Bakıda Neft və Qaz sənayesi işçilərinin həmkarlar ittifaqlarının Respublika Komitəsinin iclası keçirilib

Energetika Materials 24 May 2006 18:30 (UTC +04:00)

Mayın 24-də Bakıda Neft və Qaz sənayesi işçilərinin həmkarlar ittifaqlarının Respublika Komitəsinin (NQSİHİ RK) iclası keçirilib.

Komitənin rəhbəri Cahangir Əliyevin Trend ə verdiyi məlumata görə, iştirakçılar komitənin gələn illərdə fəaliyyətinin əsas istiqamətlərini müəyyən ediblər.

Onun sözlərinə görə, iclasın gedişində komitənin 2007-ci ilə qədər tədbirlər planını təsdiq ediblər. Tədbirlər planına 2006-cı ilin noyabrında strukturun yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinin gücləndirilməsi, komitənin nüyuzunun artması, xarici şirkətlərdə həmkarlar ittifaqı komitələrinin yaradılması üzrə işdlərin davam etdirilməsi daxildir.

Komitənin rəhbəri bildirib ki, ARLNŞ-lə NQSİHİ RK-nin 2006-08-ci illər üzrə razılaşmanın layihəsi iyunda nəzərdən keçirilmək üçün ARDNŞ-ə təqdim ediləcək.

Xəbər lenti

Xəbər lenti