...

BTC kəmərinin neftlə doldurulmasından bir il keçib

Energetika Materials 25 May 2006 15:42 (UTC +04:00)

Bu gün Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin texniki neftlə doldurulması ilə bağlı rəsmi mərasimdən bir keçib. Trend agentliyinin məlumatına əsasən, 2005-ci ilin mayın 25-də Sənqəçal terminalında Azərbaycan prezidenti İlham Əlyiev, Türkiyə prezidenti Əhməd Necded Sezer, Gürcüstan prezidenti Mixail Saakaşvili və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin iştirakı ilə neftin doldurulma mərasimi keçirilib. Tədbirdə BTC şirkətlərinin rəhbərləri, ABŞ və Böyük Britaniya nümayəndələri də iştirak edib.

2008-ci ildə BTC vasitəsilə gündə 1 mln. bareldən çox neft ixrac olunacaq. Sənqəçal - dünyanın ən iri terminallarından biridir. Bu terminal Qazaxıstandan da neft qəbul edəcək.

Hazırda BTC kəmərilə gedən neft artıq Türkiyədəki təmizləyici stansiyadan keçib və Ceyhan limanı istiqamətində hərəkəti davam etdirir. Neft təxminən limana qədər uzanan 125 km-in yarısını qət edib.

İndiyə qədər kəmərə zəruri olan 10 mln. bareldən təxminən 9 mln. barel texniki neft vurulub. Kəmərə gündə orta hesabla 150 min barel neft vurulur.

Ehtimallara görə, ilk tankerin göndərilməsi mayda olacaq. Kəmərin rəsmi açılış mərasimi iyulun 13-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti