...

Qaradağ rayonunda təxminən 50 tənha yaşlı adam MakDermottdan hədiyyə alıb

Energetika Materials 26 May 2006 15:26 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, "Respublika Günü" ərəfəsində Qaradağ rayonunda təxminən 50 tənha yaşlı adam MakDermottdan hədiyyə alıb.

Mayın 26-da MakDermott və Qızıl Aypara cəmiyyətinin Qaradağ komitəsi nümayəndələri Qızıl Daş, Lökbatan, Sahil və digər rayonlarda yaşayan tənha yaşlı adamlara baş çəkərək onları bayram münasibətilə təbrik edib və hədiyyə paylayıb.

Bu xeyriyyə aksiyası MakDermott şirkətinin maliyyə və təşkilati dəstəyilə Qızıl Aypara cəmiyyəti tərəfindən gerçəkləşdirilən qocalara göstərilən ərzaq yardımı layihəsi çərçivəsində təşkil edilir. Hər ay onlara 20 adda ərzaq paylanır.

Yeni il, Novruz və digər bayramlarda qoca və imkansız uşaqları təbrik edərək ərzaqla təmin etmək şirkətin ənənəsinə çevrilib. 2003-2006-cı illərdə MakDermott Mərdəkan və Əhmədlidə yetim və əlil uşaqlar, eləcə də Qarabağ müharibəsi əlil və veteran ailələrindən olan uşaqlar üçün 10-dan çox bayram təşkil edib.

Bu günə qədər MakDermott xeyriyyə tədbirlərinə təxminən 130 min dollar vəsait xərcləyib. 2006-cı ildə xeyriyyə proqramları və ictimai humanitar layihələrə 100 min dollardan çox vəsait ayırıb. Bu proqramlar Şəki rayonundakı 1400 məcburi köçkünün içməli suilə təminatı, Buta qəsəbəsindəki məktəb damının təmiri, imkansız uşaqlar üçün idman və təhsil sahəsində imkanların yaradılmasını əhatə edir.

Xəbər lenti

Xəbər lenti