...

ARDNŞ Ukrayanda yanacaqdoldurma stansiyaları şəbəkəsi yarada bilər

Energetika Materials 26 May 2006 15:33 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşenko Kiyevdə keçirilmiş GUAM sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Azərbaycanın Ukraynanın iqtisadiyyatında daha fəal iştirakı ilə bağlı təklif irəli sürüb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Ukrayna tərəfi Azərbaycanın xam neftinin bu ölkədə emalı üçün şərait yaratmaq və neft məhsullarınnı satışını həyata keçirmək üçün yanacaq doldurma stansiyaları şəbəkəsini yaratmaq niyyətindədir.

Hazırda Azərbaycan tərəfi bu təklifləri nəzərdən keçirir. N.Əliyev qeyd edib ki, bu layihəni Azərbaycan Dövlət Neft Şirkəti də gerçəkləşdirə bilər. ARDNŞ-in özünün xam nefti, emal üzrə mütəxəssisləri var və şirkət neft məhsullarının yayılması və satışını təşkil edə bilər. "Bu, çox əlverişli layihədir", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti