...

Bakıda Azərbaycanla Gürcüstan arasında qaz tədarükü ilə əlaqədar danışıqlar başlayıb

Energetika Materials 26 May 2006 15:36 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, bu gün Bakıda Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevlə Gürcüstanın energetika naziri Nika Gilauri arasında danışıqlar başlayıb.

Danışaqlar zamanı 2006-2007-ci illərin payız-yay aylarında Azərbaycanın Gürcüstana yardım imkanını müzakirə etmək planlaşdırılır. Bu məsələ Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən Azərbaycanlı həmkarı İlham Əlyievlə Kiyevdəki zirvə görüşü çərçivəsində baş tutmuş görüşdə qaldırılıb

N.Əliyev bəyan edib ki, danışıqlar zamanı Azərbaycandan Gürcüstana idxal olunan qazın həcminin artırılması mümkünlüyünə toxunulacaq. 2005-2006-cı illərdə pis şava şəraiti və Rusiyadan idxal olunan qazın dayandırılması ilə əlaqədar Gürcüstan ağır vəziyyətdə idi. O zaman Gürcüstana qaz tədarükü İran və Azərbaycandan təşkil edilirmişdir. Bu vəziyyət cari ildə də təkrarlana bilər.

İ.Əlyievin dediklərinə görə, bu il "Şahdəniz" yatağından təxminən 850 mln. kub metr qaz hasil ediləcək. Bunun 500 mln. kub metrini Türkiyə və 350 mln. kub metrini Azərbaycan alacaq. Məsələ ilə əlaqədar Gürücstan Azərbaycan və Türkiyə ilə danışıqlar aparmaq istəyir.

Lakin Azərbaycan başqa tədarük yolu da tapa bilər. Misal üçün, qaz istehsalı planı qədərindən artıq yerinə yetirildikdə, Azərbaycan öz hesabına qaz idxal edə bilər.

Azərbaycanın Gürücstana qazı kommersiya şərtləri ilə satacaq.

Xəbər lenti

Xəbər lenti