...

Yanvar-aprel aylarında Azərkimya DŞ 316,4 min AZN dəyərində məhsul istehsal edib

Energetika Materials 26 May 2006 16:36 (UTC +04:00)

Yanvar-aprel aylarında Azərkimya DŞ 316,4 min manat dəyərində xalq istkehlakı malları istehsal edib. Şirkətdən Trend ə verilən məlumata görə, müəssisələrdə istehsal göstəriciləri 2005-ci illə müqayisədə 57,6% artıb. Proqnoz 157,6% yerinə yetirilib.

Bu dövr ərzində yüksək təzyiqli polietilen 70,3%, butadien - 47,7%, butilen-izobutilen fraksiyası - 53,5%, propilen oksidi - 77,8%, maye kaustik soda - 34,5%, mütləqləşdirilmiş izopropil spirti - 30,1% çox istehsal olunub.

Bu dövr ərzində məhsulun böyük hissəsi Türkiyə, Rusiya, Gürcüstan, Latviya, İtaliya, İspaniya, Belçika, Türkmənistan, Özbəkistan, Ukrayna, İran və İraqa ixrac olunub.

"İstehsalın yüksək artım və satış tempi şirkətin maliyyə vəziyyətinin yaxşılaşmasına xeyli təsir edib", - deyə Azərkimyadan bildirilib.

Xəbər lenti

Xəbər lenti