...

Azərbaycan neftinin Ceyhan limanındakı çənlərə vurulmasına başlanıb

Energetika Materials 30 May 2006 12:42 (UTC +04:00)

Azeri Light növlü neftin Ceyhan limanında birinci tankerə yüklənməsinə bu neftin terminaldakı çənlərdən birinə vurulmasından sonra başlanacaq. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib. Neft Bakı-Tiflis-Ceyhan boru kəməri ilə çatdırılıb.

Tankerlərə neft çənlərdən vurulur. Bunun üçün çən doldurulmalıdır. Çənin həcmi 1 mln barel təşkil edir. Terminalda cəmi 7 belə tutumlu tanker var.

Tankerin doldurulmasına hələ başlanmayıb. "Tankerlərə neftin vurulmasına yaxın vaxtlarda başlanacaq və onun bu həftənin sonunda göndərilməsi planlaşdırılıb", - deyə şirkətdən bildirilib. Hazırda Ceyhan terminalında bir sıra işəsalma-sazlama işləri həyata keçirilir. İşlər elə boru kəmərinin özündə də aparılır.

Bu günədək BTC boru kəmərinə sutkada təxminən 150-175 min barel neft vurulub. İlin sonunadək bu həcm 300-500 min barelədək artacaq. İyunda daha bir neçə tankerin yüklənməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti