...

BP 70-80 gün ərzində "Mərkəzi Azəri" platformasından ikinci quyunun qazılmasını başa vuracaq

Energetika Materials 30 May 2006 17:15 (UTC +04:00)

"Azəri" - "Çıraq" - "Günəşli" layihəsinin operatoru olan BP şirkəti "Azəri" yatağının mərkəzi və qərb hissəsindəki platformalardan iki quyunun qazılmasına başlayıb. Bu barədə Trend ə BP Azerbaijan şirkətindən məlumat verilib.

Mərkəzi "Azəri"də quyunun dərinliyi 4 748 metr təşkil edəcək. Bu, neft istismar quyusu kimi fəaliyyət göstərəcək. Quyunun qazılması 70-80 gün ərzində başa çatacaq.

Bu platformada 1-ci quyunun qazılmasına martın 18-də başlanıb. Bu quyu təzyiqi saxlamaq məqsədilə laya qaz vurulması üçün nəzərdə tutulub. Bu il "Mərkəzi Azəri" platformasında 5 quyu qazılacaq.

Xəbər lenti

Xəbər lenti