...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 31 May 2006 14:36 (UTC +04:00)

Mayın 30-da bir barel AZERI LT CIF neftinin qiyməti $71,26 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,84 artıb. Bayramlarla əlaqədar mayın 29-da sövdə aparılmayıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

Mayın 30-da bir barel URAL (EX-NOIO) neftinin qiyməti $65,23 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,07 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

Mayın 30-da bir barel Brent (DTD) neftinin qiyməti $69,96 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,20 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti