...

Heydər Əliyev adına NEZ butan-butilen fraksiyasının istehsalını artırıb

Energetika Materials 1 İyun 2006 12:31 (UTC +04:00)

Aprel ayında H.Əliyev adına NEZ (keçmiş "Azneftyanacaq") 14,26 min ton butan-butilen fraksiyası istehsal edib. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bu göstərici proqnozdan 1,66 min ton, yəni 13,2% çoxdur.

Yanvar-aprel aylarında butan-butilen fraksiyasının istehsal həcmi 32,16 min ton təşkil edib. Bu, proqnozdan 5,36 min ton (20%), 2005-ci illə müqayisədə isə 3,38 min ton çoxdur.

2006-cı ilin aprelində propan-propilen fraksiyası istehsal olunmayıb. Ötən ilin yanvar-aprel aylarında 0,01 min ton bü növ neft məhsulu istehsal olunub. Ötən il propan propilen istehsalının həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti