...

Azərbaycan Dövlət neft şirkəti və BP-nin rəhbərliyi arasında görüş keçirilib

Energetika Materials 3 İyun 2006 12:51 (UTC +04:00)
Azərbaycan Dövlət neft şirkəti və BP-nin rəhbərliyi arasında görüş keçirilib

Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvord , şirkətin rəhbər heyəti - "Azəri"-"Çıraq"-"Günəşli" və "Şahdəniz" yataqlarının işlənməsi operatoru, həmçinin Bakı-Tbilisi -Ceyhan ixrac boru kəmərinin operatoru və Cənubi Qafqaz qaz kəmərinin texniki operatoru ilə görüş keçirib. Trend in verdiyi xəbərə görə, görüş zamanı ARDNŞ-nin başçısı BP şirkətinin rəhbərliyinə Azərbaycanın dövlət neft fondunun yeni başçısı Şahmar Mövsümovu təqdim edib.

D.Vudvord Ceyhan terminalındakı ilk tankerin Bakı-Tbilisi-Ceyhan ixrac boru kəməri vasitəsilə göndərilmiş neftlə doldurulmasının başlanması haqqında xəbər verib. BP şirkətinin prezidenti həmçinin lay sularının utilizasiyası, "Çıraq" yatağında qaz utilizasiyası proqramını, "Qərbi Çıraq" layihəsini və Azərbaycan beynəlxalq əməliyyat şirkətinin 2006-cı il üçün büdcə məsələlərini müzakirə edib.

ARDNŞ-nin prezidentinin bildirib ki, şirkətin mütəxəssisləri utilizasiya proqramları ilə yaxından tanış olublar və, prinsipcə, həmin proqramlarla razılaşmaq olar. O, iş prosesində ortaya çıxa biləcək texniki məsələlərin hər iki şirkətin mütəxəssisləri tərəfindən qarşılıqlı razılaşma əsasında həll edilə biləcəyini bildirib.

Büdcə məsələsinə gəlincə isə, bu məsələ üzrə rəhbər komitənin qətnaməsinin imzalanması və audit çərçivəsində müzakirələrin aparılması mümkündür. ARDNŞ-nin prezidenti həmçinin gələn il üçün büdcənin hazırlanmasını zəruri sayır.

Xəbər lenti

Xəbər lenti