...

Dövlət Neft Şirkəti "Babək" və "Ümid"də kəşfiyyat işlərinə hazırlaşır

Energetika Materials 3 İyun 2006 14:05 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət neft şirkəti "Babək" və "Ümid" perspektiv strukturlarında kəşfiyyat qazıntısına hazırlaşır. Bu barədə Trend ə ARDNŞ-dən xəbər verilib. Hazırda bu strukturlarda qazma proqramları artıq hazırdır. Maliyyələşdirilmənin açılışı və quyuların qazılmasının başlanması gözlənilir.

2005-2015-ci illər üçün Azərbaycanın yanacaq-energetika kompleksinin inkişaf proqramına əsasən 2008-ci ildə "Ümid" və "Babək" perspektiv strukturlarında axtarış-kəşfiyyat işləri bərpa edilməlidir. Bu yataqlar dənizin dərinliyində yerləşir.

Proqrama görə 2006-2008-ci illərdə kəşfiyyatı tamamlamaq və "Əşrəfi" və "Qarabağ" yataqlarının sənaye cəhətdən işlənməsinə hazırlıq görmək nəzərdə tutulur. 2008-ci ildən 2010-cu ilə qədər hər iki yataq işlənməyə cəlb olunmalıdır.

Xəbər lenti

Xəbər lenti