...

Gobustan Operating Company qazma işlərini davam etdirmək üçün karotaj məlumatlarını gözləyir

Energetika Materials 3 İyun 2006 14:17 (UTC +04:00)

"Cənub-Qərbi Qobustan" müqavilə sahəsini işləyən Gobustan Operating Company (GOC) karotaj məlumatlarının alınmasından sonra müqavilə sahəsində quyunun qazılmasını davam etdirəcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Quyunun dərinliyi 4 100 metrdir və istismar quyusu kimi nəzərdə tutulub.

Bu ilin yayında GOC şirkəti "Cənub-Qərbi Qobustan" müqavilə sahəsində iki və üç ölçülü (2D və 3D) seysmik kəşfiyyat işləri aparmağı planlaşdırır. "Daşgil", "Duvannı" və "Kənizadağ" yataqlarında ("Cənub-Qərbi Qobustan"ın tərkibinə daxildir) - 200 km.2 sahədə 3 ölçülü, "Mərkəzi" və "Şimal" bloklarında - 480 km2 sahədə isə 2 ölçülü seysmik kəşfiyyat işləri aparacaq.

Alınmış məlumatların interpretasiyasını bu ilin sonunadək başa çatdırmaq nəzərdə tutulur.

"Cənub-Qərbi Qobustan" ARDNŞ ilə bağlanmış PSA müqaviləsi üzrə GOC əməliyyat şirkəti tərəfindən işlənir. Gobustan Operating Company-də 80% iştirak payı Commonwealth Gobustan Limited şirkətinə, 20% - ARDNŞ-ə, Commonwealth Gobustan Limited şirkətində 37,17% Arawak Energy şirkətinə, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Xəbər lenti

Xəbər lenti