...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 5 İyun 2006 13:47 (UTC +04:00)

İyunun 2-də bir barel AZERI LT CIF neftinin qiyməti $69,55 təşkil edib (mayın 26-na olan qiymətlə müqayisədə $0,53 aşağı düşüb. Bayramlarla əlaqədar mayın 29-da sövdə aparılmayıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyunun 2-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $63,78 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,51 aşağı düşüb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyunun 2-də bir barel Brent (DTD) neftinin qiyməti $68,36 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,42 aşağı düşüb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

AZERI LT CIF məzənnəsi, Aralıq dənizi limanlarına çatdırılma xərcləri də daxil olmaqla, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) səhmdarları tərəfindən Gürcüstanın Supsa terminalında yüklənən Azərbaycan neftinin dəyərini əks etdirir. URAL (EX-NOIO) məzənnəsi Rusiyanın Novorossiysk terminalında yola salınan neftin dəyərini əks etdirir.

Xəbər lenti

Xəbər lenti