...

Azərbaycan netfinin qiymətləri: həftənin yekunları

Energetika Materials 5 İyun 2006 14:52 (UTC +04:00)

Azərbaycanın Supsa və Batumi gürcü limanları vasitəsilə satdığı AZERI LT (CIF) neftinin orta qiyməti mayın 29-dan iyunun 2-dək $70,06/barel təşkil edib ki, bu da ötən həftəki göstəricidən $1,02/barel çoxdur. Trend agentliyinin məlumatına əsasən, AZERI LT neftinin maksimal qiyməti mayın 29-dan-iyunun 2-dək $71,26/barel, minimal qiyməti - $69,01/barel təşkil edib.

Azərbaycanın Novorossiysk limanında satdığı URAL (EX-NOIO) neftinin orta qiyməti mayın 29-dan iyunun 2-dək $63,99/barel təşkil edib ki, bu da ötən həftə ilə müqayisədə $0,55/barel çoxdur. URAL LT neftinin maksimal qiyməti mayın 29-dan-iyunun 2-dək $64,16/barel, minimal qiyməti - $63,17/barel təşkil edib.

Brent (DTD) neftinin orta qiyməti mayın 29-dan iyunun 2-dək $68,89/barel təşkil edib ki, bu da ötən həftəki göstəriciyə nisbətən $0,35/barel çoxdur.

Brent netfinin maksimal qiyməti mayın 29-dan-iyunun 2-dək $69,96/barel, minimal qiyməti - $67,76/barel təşkil edib.

Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir. URAL neftinin sıxlığı API üzrə 32 dərəcə, kükürdün həcmi isə 1,3% təşkil edir. DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Bazar ertəsi Ceyhan limanında Azeri Light neftilə doldurulmuş ilk tanker yola salınıb. Neft Bakı-Tbilisi-Ceyhan neft boru kəmərilə Ceyhan limanına çatdırılıb. Partiyanın həcmi 85 min tondur, neft İtaliya limanına çatdırılıb.

Xəbər lenti

Xəbər lenti